Böhran 9 ildir davam edir, biz bunu bu il hiss etdikbackend

Böhran 9 ildir davam edir, biz bunu bu il hiss etdik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, baş bankir deyib ki, iqtisadi böhran dünyada 2008-ci ildən başlayıb:

\”Amma ötən 9 ildə biz yalnız bu il böhranı hiss etdik. E.Rüstəmov deyib ki, idarəolunan məzənnə rejimi manatın məzənnəsində əhəmiyyətli rol oynayıb: \”Bu ilin əvvəli ilə müqayisədə manat cəmi 11 faiz ucuzlaşıb. Bu ilin yekunlarını nəzərə alsaq, ölkə iqtisadiyyatı qlobal çətinliklərə və yenidən balanslaşdırma proseslərinə baxmayaraq davamlılıq və dayanıqlıq nümayiş etdirir\”.

\”Azərbaycan Mərkəzi Bankı gələn il də sərt pul siyasəti davam etdirəcək\”-deyən E.rüstəmov vurğulayıb ki, üzən məzənnəyə keçidlə əlaqədar pul siyasətinin lövbərini dəyişərək pul kütləsinin və bazasının hədəflənməsinə keçilib:

\”Bunun üçün 2017-ci ildə də sərt pul proqramı hazırlanıb və reallaşdırılacaq. Əsas məqsəd artıq pul emissiyasına yol verməmək, manatın məzənnəsinə əlavə təzyiq yaratmamaq və bu yolla qiymətlərin, inflyasiyanın yüksəlməsinin qarşısını almaqdır. 2017-ci ildə də maliyyə sabitliyi məqsədləri və bank sisteminin likvidliyinin təmin edilməsi zərurətini nəzərə alaraq pul kütləsinin sterilizasiyası əməliyyatlarının həcmi artırılacaq, lazım gələrsə faiz dərəcələri səviyyəsində baxılacaq. Ciddi fiskal və monetar intizam və onların siyasi koordinasiyası şəraitində məzənnə siyasətinin çevikliyinin artırılması, makroiqtisadi sabitliyin təmin olunmasının mövcud neqativ gözləntilərinin neytrallaşdırılması başlıca amil olacaq\”.

İnterpress.az