“Qırmızı kitab”a düşən quşları ovlayan şəxs tutuldubackend

“Qırmızı kitab”a düşən quşları ovlayan şəxs tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının qanunsuz ov edənlərə qarşı keçirdiyi reyd zamanı rayonun Nəsimikən kənd sakini Cavid Qasımov tutulub.
Məlum olub ki, rayonun Şəhriyar adlanan ərazisində qanunsuz ov edən C.Qasımov adı qırmızı kitaba düşən 13 ədəd Bəzgək quşunu ovlayıb. Onun istifadə etdiyi ov tüfəngi qeydiyyatsız olduğu üçün polis tərəfindən götürülüb.
Qeyd edək ki, C. Qasımovun ovladığı Bərzək quşlarının sayı azaldığı üçün 1989-cu ildə adı \”Qırmızı kitab\”a daxil edilib. Hazırda həmin quşların qanunsuz ovlanan hər birinə görə 330 manat cərimə nəzərdə tutulub.
Faktla bağlı Biləsuvar RPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır. (report)

İnterpress.az