İranlı milyarder edam olunmaya bilərbackend

İranlı milyarder edam olunmaya bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici KİV-ə istinadən xəbər verir ki, Tehran baş prokuroru Abbas Cəfəri Devletabadi edam cəzası verilən Zəncani üçün qurtuluş yollarının hələ də mövcud olduğunu deyib.

“Zəncaninin mühakimə olunmasındakı prioritet məqsəd mənimsəmiş malların təhvil verilməsidir. Milyarder iş adamı mənimsədiyi pulları və dövlətə vurduğu maddi zərəri kompensasiya etməsi halında Cəza Qanunundakı \”İslami mərhəmət maddəsi\”ndən istifadə edə bilər”.

Qeyd edək ki, korrupsiya və sənəddə saxtalaşdırma edərək dövlətin 2,8 milyard dollar pulunu mənimsəməkdə günahlandıran Zəncani hazırda Evin həbsxanasındadır. Onun adı Amerikada həbsdə olan Rza Zərrabi ilə işbirliyində çəkilir.

İnterpress.az