Deputat hökumətə çağırış etdibackend

Deputat hökumətə çağırış etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Deputat Fərəc Quliyev bu fikirləri Milli Məclisdə davam edən büdcə müzakirələri zamanı deyib.

O, həlli vacib sahələrdən bəhs edib: “Məsələn, 9 min qəzalı vəziyyətdə olan ev var və orada yaşayan ailələri mənzillə təmin etmək olardı”.

F.Quliyev gələn ilin büdcə proqnozlarında 101 milyon cərimə vəsaiti ilə bağlı bəndin salınmasını da düzgün saymayıb.

Deputat Tarif Şurasının qiymət artımı qərarından sonra inflyasiyanın qaçılmaz olacağını deyib: “Mən 7 ildir büdcə müzakirələrində təklif edirəm ki, işıq, qaz, su və digər sahələr özəlləşdirməyə verilsin. Bu addım atılsaydı, indi həmin qurumlar dövlətə böyük miqdarda vergilər ödəyirdi”.

F.Quliyevin sözlərinə görə, qiymət artımı ictimai nəqliyyatda da qiymətlərə təsir edəcək: “Məsələn, metropolitenə ayrılan vəsait cari illə müqayisədə azdır. Rəhbərlik deyir ki, metropoliten zərərlə işləyir. Deməli, burada da qiymət artımı olacaq”.

Deputat manatın kursunun saxlanmasına ayrılan vəsaitdən də bəhs edib: “Manatın kursunun saxlanmasına böyük vəsaitlər sərf olunub. Ancaq bu, itirilmiş vəsaitlərdir. Ona görə də Mərkəzi Bankın valyuta ehtiyatlarında 35 faiz azalma var”.

Deputat bildirib ki, bu vəziyyətdən hansısa qüvvələrin sui-istifadə etməməsi üçün təcili addımlar atılmalıdır. ( musavat.com )

İnterpress.az