Bakı Beynəlxalq Avtovağzalından bu istiqamətə MƏHDUDİYYƏTbackend

Bakı Beynəlxalq Avtovağzalından bu istiqamətə MƏHDUDİYYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əlverişsiz hava şəraiti ilə əlaqədar və təhlükəsizlik səbəbindən Bakı Beynəlxalq Avtovağzalından Bakı-Şamaxı istiqamətində reyslərə məhdudiyyətlər qoyulub.

Bunu İnterpress.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehanqızı bildirib.

\”Günortadan sonra axsam saat 18:00-a qədər olan reyslərin hərəkətinə məhdudiyyət qoyulub. Əgər hava şəraiti sabah da əlverişsiz olarsa, Bakı-Şamaxı istiqamətinə gedən avtobusların hərəkətinə məhdudiyyət qoyula bilər. Qeyd edim ki, Bakı Beynəlxalq Avtovağzalından sonuncu reys 18:00-da hərəkət edir. Təhlükəsizlik məqsədilə axşam saatlarında həyata keçiriləcək 3 reys təxirə salınıb. Amma gün ərzində yola salınan reyslərdə heç bir problem olmayıb. Şamaxı istiqamətində qar çox yağdığından yollar buz bağlayıb\”,- deyə əlavə edib.

Gülşanə Mustafayeva
İnterpress.az