Qubada 10-a yaxın ev təhlükə qarşısındabackend

Qubada 10-a yaxın ev təhlükə qarşısında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir artıq bir neçə aydır ki, Qubanın İkinci Nügədi 6 –cı məhəllə sakinləri onları gündən günə daha çox təhlükə qarşısında qoyan problemlə üz-üzədilər. Məsələ burasındadır ki, Qubanın İkinci Nügədi kəndinin 6-cı məhəlləsində yaşayan sakinlər dərdlərini hansı quruma bildirsələr də onların vəziyyəti ilə maraqlanan, onların dili ilə desək dərdlərinə çarə edən tapılmayıb. Məhəllə sakini Şirəli Süleymanov deyir ki, 2010-cu ildə kəndi sel sularından qorumaq üçün beton sədlər tikilib. Amma hazırda kəndin yaxınlığından keçən Qara çay məcrasını kənar müdaxilər nəticəsində dəyişərək düz bu beton səddin yanından axır və səddi altdan yuyur:
“ Nəticədə isə beton sədd 10 metr uzunluqda aşıb. İndi onları həm sel suları təhlükəsi, həm də sürüşmə təhlükəsi gözləyir. Quba suvarma sistemləri idarəsində olub, onların da müəssisəsinə dəyən ziyandan xəbərdar olub olmadıqlarını öyrənmək istədikdə qurum rəsmisi bildirdi ki, məsələdən xəbərdardılar və nazirliyə bu haqda rəsmi məlumat daxil olub. Hər gün bir az təhlükəyə yaxın olan kənd sakinləri evlərini sığortalaya da bilmirlər”.

İkinci Nügədinin icra nümayəndəsi Dəyanət Hacıyev isə artıq sentyabr ayından burada belə vəziyyət yarandığını bildirərək qeyd etdib ki, məsələ ilə bağlı lazımi təşkilatlara xəbər verilib: “Nə deyək, ümidvarıq bütün aidiyyatı qurumlar bədbəxt hadisə baş vermədən bu təhlükənin həlli yollarını düşünəcəklər”.

Qubada 10-a yaxın ev təhlükə qarşısında

Qubada 10-a yaxın ev təhlükə qarşısında

Qubada 10-a yaxın ev təhlükə qarşısında

Xanım Məmmədova
Şimal bürosu
İnterpress.az