Ödəniş etməyən sürücülər 20 manat cərimə olunacaq – VİDEObackend

Ödəniş etməyən sürücülər 20 manat cərimə olunacaq – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq bu kimi halların yaranmasına zəmin yaradanlar cəzalandırılacaqlar. Bununla bağlı millət vəkilləri yeni layihə hazırlayıblar. Belə problemlərin qarşısını almaq üçün yeni bir mexanizim hazırlanır. Bu məqsədlə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik ediləcək.
İnterpress.az xəbər verir ki, “Xəzər Xəbər”in məlumatına görə, belə halların baş verməsində iştirak edən hər kəs cəzalandırılacaq. Bunun üçün cərimə məbləğləri də müəyyən edilib. Nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanmasına görə 20 manat məbləğində cərimə tətbiq ediləcək.

Bundan başqa, müəyyən edilmiş ödəniş aparılmadan və ya ödəniş aparılmış müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə, eyni zamanda nəqliyyat vasitəsinin parklanma üsulunu pozana 10 manat cərimə tətbiq olunacaq.

Amma 24 saat ərzində park edilən ərazilər siyahısında bəzi istisnalar var.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İnterpress.az