Yuxusuz gecələr…backend

Yuxusuz gecələr…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lakin əvvəllər belə hesab olunurdu ki, 1-2 yuxusuz gecə insan sağlamlığına ciddi ziyan vurmur. Son araşdırma göstərib ki, bu belə deyil. Hətta 1-2 yuxusuz gecə insan sağlamlığına zərər yetirə bilər.

MedicalDaily xəbər verir ki, Almaniyanın Bonn Universitetində maraqlı eksperiment aparılıb. Gün ərzində 3 saat yatan 20 insan bir neçə analiz və müayinələrdən keçib.

Nəticədə məlum olub ki, hətta 1 yuxusuz gecə təzyiqin, nəbzin və həmçinin qanda stress hormonlarının artmasına səbəb olub.
Bunlar birdə sübut edir ki, normal gecə yuxusu insan sağlamlığı üçün çox vacibdir. Alimlər gecə 6-8 saat yatmağı tövsiyə edirlər.

İnterpress.az