Universitet bufetlərindəki bahalıq – VİDEObackend

Universitet bufetlərindəki bahalıq – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, tələbələr universitetlərdəki bufetlərdə qiymətlərin yüksək olmasından narazıdır. Deyirlər ki, çöldə satılan məhsullar bufetdə bir qədər baha təqdim olunur. Halbuki, tələbələrə təqdim olunan xidmətlər universitet daxilində daha ucuz olmalıdır.

Tələblər deyir ki, bu qiymətlər onlara sərf etmədiyindən çox zaman ya evdən özləri ilə yemək gətirirlər, yaxu da çıxıb kənardan alırlar.

Bir neçə təhsil ocağının bufeti və qiymətlərlə maraqlanmağa çalışsaq da, cəhdlərimiz baş tutmadı. Yalnız bir universitet həm bufeti həm də qiymətləri haqda məlumat verdi.

Marketoloq Yusif Vəliyev isə təklif edir ki, əgər tələbələr daha ucuz xidmət tələb edirsə bu zaman universitetlər bufetlərini hazırki icarədardan alaraq yemək xidməti ilə məşğul olan şirkətlərə həvalə edə bilər. Hazırda ölkədə yemək xidməti göstərən şikətlər hədsiz çoxdur və onlar maksimum ucuz qiymətə işləyirlər.

İnterpress.az