Bulvarda yolka qurulur, mer ATƏŞFƏŞANLIQ edəcəkbackend

Bulvarda yolka qurulur, mer ATƏŞFƏŞANLIQ edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Modern.az-a Bulvar İdarəsinin Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsinin direktoru Rəfael Niftəliyev deyib.
Onun sözlərinə görə, bulvar ərazisində bir neçə kiçik yolka quraşdırılacaq:

“Yeni illə bağlı böyük yolkalarla yanaşı, müəyyən aralıqlarda kiçik yolkalar da quraşdırılacaq. Eyni zamanda, Şaxta baba və Qar qızlar da fəaliyyət göstərəcək. Qar qız və Şaxta babalar hər il olduğu kimi lisenziya əsasında fəaliyyət göstərəcəklər. Onlar Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentindən aldıqları lisenziya əsasında bizə müraciət edir və biz də müvafiq olanları seçirik. Bayramda bulvar ərazisində təxminən 10-13 şam ağacı, bir o qədər də Şaxta baba və Qar qız olacağı nəzərdə tutulub, amma sayın artıb-azalması da istisna edilmir”.

R.Niftəliyev bildirib ki, bayram günlərində bulvarda pulsuz atraksion günləri də təşkil ediləcək:

“Dekabrın 15-dən sonra, təxminən bayrama bir neçə gün qalmış pulsuz karusel aksiyalarımız olacaq. Günü indidən müəyyən olunmasa da, keçirilməsi nəzərdə tutulub və həmin günlərdə ictimaiyyətə elan edəcəyik. Bundan başqa, bayram günlərində atraksionların qiymətlərində güzəştlər tətbiq ediləcək.
Həmçinin, səyahət gəmisi də havaların soyumasına baxmayaraq fəaliyyətdə olacaq”.
Onun sözlərinə görə, Yeni il ərəfəsində bulvar ərazisində fəaliyyət göstərən kafe, restoran, kinoteatrlar, atraksionlar və digər obyektlər insanların istəyi nəzərə alınaraq həmişəki vaxtdan tez açılıb, gec bağlanacaq.
Bayram atəşfəşanlığının təşklinə gəlincə, qurum rəsmisi bunalrı deyib:

“Atəşfəşanlıq hər il olur. Hələlik Bakı Şəhər İcra Hakimiyyəti məsələ ilə bağlı müraciət etməyib. Yəqin ki, yerin müəyyən olunması üçün yaxın vaxtlarda müraciət olunacaq”.

Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov Modern.az-a deyib ki, artıq uzun illərdir ki, Yeni il bayramı ərəfəsində qanunla qadağan edilmiş yüksək səs qabiliyyətinə malik pirotexniki məmulatların, tezalışan və partlayıcı maddələrin, əşyaların satışı və istifadəsinə qarşı mübarizəni aparılır:
“Nəticələr də göz qabağındadır. İldən ilə şəhərdəki partladıcı maddələrin səsi azalmaqda davam edir. Tam cəsarətlə demək olar ki, partladıcı maddələr yox səviyyəsindədir. Ola bilər ki, kimlərdəsə əvvəlcədən qalıb, istifadə etməyib növbəti il üçün saxlayıb. Onlar istisna edilmir. Amma ümumilikdə həmin maddələrin Azərbaycana gətirilməsinin qarşısı yüksək səviyyədə alınıb. Bu işdə həm yerli İcra Hakimiyyəti orqanlarının əməkdaşlarının, həm bizim əməkdaşlarımızın, həm də polisin qüvvəsindən istifadə edilir”.
Ə.Bağırov bildirib ki, bayramqabağı reydlər davam edəcək:
“Maksimum dərəcədə əhalinin həmin səslərdən narahat olmasının qarşısı alınacaq”.
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən atəşfəşanlıq təşkil edilməsinə gəlincə, Ə.Bağırov bildirib ki, hər il olduğu kimi bu ildə bayram atəşfəşanlığının baş tutacağı istisna edilmir:
“Atəşfəşanlıq olmaması üçün səbəb yoxdur. Tam olaraq yeri, saatı barədə məlumatlar bir neçə gün sonra açıqlanacaq”.

İnterpress.az