Xaricə pul köçürülmələri üzrə YENİLİKbackend

Xaricə pul köçürülmələri üzrə YENİLİK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu hüquqşünas Əkrəm Həsənov bildirib.

İnterpress.az yeniliyi olduğu kimi təqdim edir

1) Bank hesabı açılmadan vətəndaşın xaricə köçürmələrinə aylıq 10000 dollar məbləğində limit qoyulub (gündəlik 1000 dollarlıq limit saxlanılmaqla). Düzdür, reallıqda buna nəzarət etmək praktiki mümkün deyil, çünki vətəndaş bir neçə bank vasitəsilə də bu köçürmələri edə bilər və bu halda bankların limitə nəzarət imkanı olmayacaq (köçürmə bank sirri olduğu üçün bir bankın digər bankdakı əməliyyat haqda məlumat alması mümkün deyil). 32 bankın hərəsi vasitəsilə 10000 dollar köçürmə edilsə, ayda 320000 dollar edir. Bu halda vətəndaşın hər hansı məsuliyyətindən də söhbət gedə bilməz. Çünki Mərkəzi Bankın Qaydaları yalnız banklar üçün məcburidir.
2) Analoji məhdidiyyət (ayda 10000 dollar) vətəndaşın bank hesabı vasitəsilə yaxın qohumlarına köçürmələrə də şamil ediləcək. İndiyədək yaxın qohumlara bank hesabı vasitəsilə köçürmələr məhdudiyyətsiz idi. Lakin təbii yuxarıdakı halda olduğu kimi burada da məhdudiyyətdən yayınmaq çətin deyil: sadəcə fərqli banklar vasitəsilə köçürmə etmək olar, vəssalam.

3) Nəhayət, ən vacib yenilik vətəndaşın və hüquqi şəxsin xarici bankdakı hesabına depozit qoyulması məqsədilə məhdudiyyətsiz köçürmə etmə imkanının ləğv edilməsidir. Yəni indiyədək xaricdə hesabın var idisə, ora istənilən qədər pul köçürə bilərdin. Hələ 5 il əvvəl nəşr etdirdiyim \”Azərbaycanın bank hüququ\” kitabımda yazırdım ki, sözügedən imkan valyuta əməliyyatları üzrə bu Qaydaları mənasız edir. Çünki istənilən ölkədə hesab açıb ora istənilən qədər pul köçürə bilərəmsə, digər məhdudiyyətlər əhəmiyyətini itirir. Nəhayət ki, Mərkəzi Bank mənim bu iradımı nəzərə alıb sözügedən imkanı Qaydalardan çıxardıb. Düz də edib. Çünki bu, faktiki olaraq ölkədən valyutanın məhdudiyyətsiz çıxarılmasının leqal yolu idi. Cari vəziyyətdə isə valyuta rejimi sərtləşdirilməlidir.

Ötən ildən başlayaraq dəfələlərlə yazmışam ki, valyuta rejimi sərtləşdirilməlidir. Heyf ki, Mərkəzi Bank bunu ölkədən xeyli valyuta çıxarılandan sonra etdi. Görəsən niyə? Kimə işləyir?

İnterpress.az