Mən “təslim olmuş” arvadambackend

Mən “təslim olmuş” arvadam

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özünü feminist adlandırsa da, o, artıq Təslim Olmuş Arvad (Surrendered Wife) kitabına uyğun yaşayır və başqalarına da bunu öyrədir. Kitabda qadınlara ərlərini rahat buraxmaq və onlara hörmətlə yanaşmaq aşılanır.
Mənim ilk evliliyim 26 yaşımadək sürüb. İkinci dəfə 32 yaşımda ailə qurdum və az keçmədən qonaq otağında yatmağa başladım. Dayanmadan ərimlə mübahisə edirdim.
Mübahisələrin əksəriyyəti ərimin uşaqlara tərbiyə verə bilməməsini düşündüyüm üçün yaranırdı (ikimizə, dörd və doqquz yaş aralığında dörd övladımız var idi).
Mən özəl bir məktəbdə baş maliyyəçi işləyirdim, eyni zamanda uşaqlarımın məktəbində və icmamızda könüllü kimi çalışırdım.
Yoldaşım isə bir tikinti şirkətinin satış nümayəndəsi idi, lakin sanki evə çörək gətirən mən idim və buna görə də, özümü hər şeyin sahibi kimi hiss edirdim.
Heç kimə ərimlə daima konfliktdə olduğumuzu söyləmirdim. Bundan utanırdım, acıqlı və incik idim.

\”Təslim olmuş Arvad\” olmağın altı prinsipi

Ərə nəzarət etməkdən imtina
Ərinin fikirlərinə hörmət
Hədiyyələri lütfkarlıqla qəbul etmək və ona minnətdar olmaq
Ona nəzarət etməyə çalışmadan istəklərini ifadə etmək
Maliyyə problemlərini həll etməkdə ona güvənmək
Öz qayğılarına köklənmək

Ərim həmişə ev heyvanlarımızı qucaqlayar və divanda televiziya izləyərdi. Mənim qayğıma qalmadığı üçün ona qarşı acıqlı olardım.
Yəni bütün kişilər cinsi münasibət istəyir, elə deyilmi? Amma mənim ərim yox. Mənimlə heç bir şey etmək istəmirdi. Dəhşətli idi.
Ona bunu daha çox xatırlatdıqca, daha az cəhd edirdi. Belə halda mən, əlacı evlilik məsləhətçisində axtardım və oraya getdik. Amma bu işləri daha da pis etdi. Biz övladlarımızı da məsləhətxanaya göndərdik. Bu da kömək etmədi.
Sonra, mən təkbaşına məsləhətxanaya getməyə başladım və bir ildən çox ərimdən şikayət etdim. Minlərlə dollar xərclədikdən sonra, özümü boşanmaya daha yaxın görürdüm.
Mən ağlayar, dalaşar, qışqırar və narazı olduğumu göstərərdim və düşünərdim ki, o yola gələcək. Amma bu da işə yaramırdı.
Mən arıqladım və idman zalına getməyə başladım. Bu halda isə başqa kişilərin mənə olan diqqətini gördüm və qərara aldım ki, özümü qurban kimi qələmə verim. Amma yenə də alınmadı.

Mən "təslim olmuş" arvadam

Kathy deyir ki, o, rəfiqəsi Bonniyə (sağda) də əri ilə münasibətləri yaxşılaşdırmaqda kömək edib

Demək olar ki, boşanmaya getdiyim an, əlimə Laura Doyle-nin müəllifi olduğu Təslim olmuş Arvad kitabı keçdi. Bizə məktəbdə uğurlu evlilik dərsi öyrədilməyib və həyatımdakı qadınlar da, öz sirlərini mənimlə bölüşməyiblər.
İlk boşanmam və hazırkı evliliyimdəki problemlərdən dolayı özümü günahkar bilmək, məni alçaldırdı. Lakin bu həm də, mənə güc verirdi.
Mən ərimə qarşı hörmətsiz davrandığımı, ona nəzarət etməyə çalışdığımı və tənqid etdiyimi heç ağlıma gətirmirdim.
Sanırdım ki, kömək edirəm və məntiqli davranıram. Bilmirdim ki, kişilər üçün hörmət hava qədər önəmlidir və heç şübhəsiz, buna görə ərim mənimlə cinsi əlaqədə olmaq istəmirdi.
Mən ondan uşaqlarımızın qarşısında kobud davrandığım və səhvlərini düzəltməyə çalışdığım üçün üzr istədiyim günü heç zaman unutmaram.
Eləcə də \”sən necə fikirləşirsənsə, elə olsun\” dediyim anı. Halbuki, əvvəllər yalnız ona nə etməli olduğu göstərişini verirdim.
Ərimdə, hər şey üçün məndən icazə alması vərdişi yaratmışdım və sonra isə məsləhətxanada onu, ən sadə qərarları verə bilmədiyinə görə şikayət edirdim!
Mən ərimin həyatına nəzarət etməkdən, onun seçimləri və qərarlarından tamamilə əl çəkdim və öz xoşbəxtliyim üzərində kökləndim. Artıq onun anası kimi yox, sevgilisi kimi davranırdım.
Getdikcə daha az dalaşmağa başladıq və artıq ərim əlimi tutur və ya məni öpməyə cəhd edirdi.
Xoşbəxtçiliyimin özümdən asılı olduğu ağlıma da gəlməzdi. Düşünürdüm ki, ərim məni xoşbəxt etməlidir.
Artıq ərimlə cinsi münasibətimiz də qaydasındadır. Bunun üçün yalvardığım, ağladığım və qışqırdığım günlər artıq arxada qalıb. Hətta mən seks istəməyib, lakin onun bunda maraqlı olduğunu biləndə də, özümü buna uyğun kökləyirəm.
Uşaqlarımız da münasibətimizin dəyişdiyinin fərqinə vardılar və nəticədə onların da davranışları dəyişdi və evimiz yenidən hüzur və maraq dolu oldu.
Qadınlar tez-tez məndən bu yolla özümü key və ya müti arvad kimi hiss edib etmədiyimi soruşurlar. Mən isə onlara feminist olduğumu deyirəm.
Təslim olmaqla siz, özünüzdən başqa heç kimi dəyişmək və ya nəzarət etmək iqtidarında olmadığınızı qəbul edirsiniz. Bu, adama güc verir! (bbc)

İnterpress.az