Azərbaycanda QİÇS-ə yoluxanların sayı azalıbbackend

Azərbaycanda QİÇS-ə yoluxanların sayı azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Z.Əlimirzəyeva bildirib ki, ötən ay ərzində Azərbaycanda nikaha daxil olmaq istəyən 340 nəfərdə talassemiya daşıyıcısı aşkarlanıb. Cəmi 6 cütlüyün hər ikisində bu qan xəstəliyi aşkar edilib.

Qurum rəsmisi əlavə edib ki, ötən ay 8 nəfərdə QİÇS, 32 nəfərdə isə sifilis xəstəliyi aşkarlanıb. Bu barədə müvafiq mərkəzlərə həmin cütlüklərlə bağlı geniş məlumat verilib.

Qeyd edək ki, \”Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər. Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə səhiyyə müəssisələrində zəruri şərait yaradılıb. Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir.

İnterpress.az