Milli Məclis hökumətə 8 gün vaxt verdibackend

Milli Məclis hökumətə 8 gün vaxt verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, iclasda “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri, Milli Məclisin 2017-ci il üçün xərclər smetası, Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası müzakirə edilib.

Büdcə zərfinə daxil olan layihələrlə bağlı təkliflərlə baxmaq üçün hökumətə dekabrın 16-dək vaxt verilib. Parlamentin növbəti plenar iclası dekabrın 16-da keçiriləcək. Həmin günü büdcə zərfinin təsdiqlənməsi gözlənilir.

İnterpress.az