Goranboyda 10 ton pambıq yandı – VİDEObackend

Goranboyda 10 ton pambıq yandı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, məntəqədə yığılan pambıq tayaları alışıb. Goranboy Rayon İcra Hakimiyyətindən \”ARB Kəpəz\”-ə verilən məlumata görə, hadisə saat 16:10 radələrində olub.

Zaur Əliyev – Goranboy Rayon İcra Hakimiyyətinin nümayəndəsi: \”3 taya yanıb, nə qədər yandığını dəqiq deyə bilmərik. Tayalar tam yanmayıb, üz hissəsi yanıb, 10-15 ton olar. Yaxınlıqda yaşayış evləri var. Ola bilər ki, oradakı yaşayış evlərindən çınqı gəlib.\”

Hadisə barədə FHN-nin Goranboy rayon Yanğından Mühafizə hissəsinə məlumat verilib. Əraziyə 6 yanğınsöndürən avtomobil və xeyli canlı qüvvə cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb. Rayon Dövlət Yanğından Mühafizə hissəsinin rəisi Famil Əhmədovdan aldığımız məlumata görə, 4 tayanın üz hissəsi yanıb. Təxminən 10 tona yaxın ağ qızıl yararsız hala düşüb. Məntəqədə ümumilikdə 10 taya olub, hər tayada yığılan pambığın çəkisi isə 280-300 ton arasındadır. (arb.tv)https://youtube.com/watch?v=AMmj9oBpKyE