Rusiyaya aparılan xurmadan zəhərli hörümçək çıxdıbackend

Rusiyaya aparılan xurmadan zəhərli hörümçək çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan jurnalist bildirib ki, hörümçək Azərbaycandan gətirilən xurmanın üzərində evə daxil olub.

Virtualaz.org “MegaTyumen.ru” portalına istinadən xəbər verir ki, Tümen sakini üzərində qırmızı xallar olan qara rəngli hörümçəklə bağlı araxneoloq axtarsa da, tapa bilməyib.

Sosial şəbəkə istifadəçiləri hörümçəyin “qara dul” olduğunu və ələ götürməyin çox təhlükəli olduğunu yazıblar.

Rusiyaya aparılan xurmadan zəhərli hörümçək çıxdı

Meyvə Tümen şəhərinin Qələbənin 30 illiyi küçəsində yerləşən meyvə-tərəvəz satılan mağazadan alınıb. O da məlum olub ki, bu hörümçəyin zəhəri ilan zəhərindən bir neçə dəfə artıq təhlükəlidir.

Jurnalist hörümçəyi bankaya qoyaraq işə gətirib. Amma hələ də araxneoloq tapa bilməyib. Hazırda o Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi Federal Xidmətinə etdiyi şikayətə görə cavab gözləyir.

İnterpress.az