Keçmiş deputatın oğlu məşhur idmançını həbs etdiribbackend

Keçmiş deputatın oğlu məşhur idmançını həbs etdirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az lent.az-a istinadən xəbər verir ki, iş üzrə zərərçəkmiş şəxs sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovdur.

Məlumatda bildirilir ki, Elnur Məmmədov Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edərək, Rövşən Heybətovun onun etibarından sui-istifadə edərək 100 min manatlıq dələduzluq əməli törətdiyini bildirib.

Faktla bağlı araşdırma aparılıb, Rövşən Heybətov saxlanılıb. Onun barəsində noyabrın 25-də Xətai Rayon Məhkəməsinin qərarı ilə 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib.

Onu da qeyd edək ki, Elnur Məmmədov \”Best of the Best\” promoşn qrupunun prezidenti olmaqla yanaşı, həmçinin, K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsidir.

İnterpress.az