“Övladımla fəxr edirəm”backend

“Övladımla fəxr edirəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, fəalın atası Fərman Məmmədov BBC Azərbaycancaya bildirib ki, övladına veriləcək həbs cəzası onun üçün gözlənilən olub:
\”Biz buna hazır idik, 12 ilə də hazır idik, biz bilirdik ki sıfariş verilib. 10 il, bir ata kimi, çoxdur, amma pis əməl üstündə getmədi.\”
\”Azad bir insan öz fikirlərini dedi, yazdı, fəxr edirəm övladımla\”, o əlavə edib.
Onun sözlərinə görə fəal həmçinin bugün məhkəmədə son söz söyləyib. \”O dedi ki, fəxr edirəm, heykəl məsələsinə görə, narkotiklə əlaqəm yoxdur.\”
Cənab Məmmədov hakimin Bayramın sözlərini tez-tez kəsdiyini də əlavə edib.
Bayram Məmmədov Qiyas İbrahimovla birlikdə, hər il mayın 10-da doğum günündə keçirilən Gül bayramından öncə Milli Bankın önündəki parkda yerləşən mərhum prezident Heydər Əliyevin abidəsinin ətrafına \”Qul bayramınız mübarək\” şüarları yazıldıqdan sonra həbs edilib.
Baş Prokurorluq açıqlama yayıb ki, hər iki gəncə qarşı qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma maddəsilə cinayət işi başlayıb.
Qiyas İbrahimov da eyni ittihamla 10 il müddətinə həbs edilib.
2 dekabrda keçirilmiş prosesdə onun barəsində məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı ona 10 il 6 ay iş verilməsini istəyib.

İnterpress.az