“Azərişıq” 24 saatlıq iş rejiminə keçdibackend

“Azərişıq” 24 saatlıq iş rejiminə keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə ASC-nin mətbuat xidməti bildirir. Məqsəd abonentlərin fasiləsiz olaraq elektrik enerjisi ilə təminatını həyata keçirməkdir. ASC bildirir ki, sərt hava şəraiti ilə bağlı hələlik nə rayonlarda, nə paytaxtda, nə də Bakıətrafı ərazilərdə elektrik enerjisi təminatında problem yaranmayıb.

“Bu gün səhər saatlarından cəmi bir neçə dəfə elektrik enerjisi ilə bağlı fərdi müraciətlər olub ki, həmin problem də əməkdaşlarımız və texnikalarımız vasitəsilə aradan qaldırılıb. Maşın mexanizmlərimiz, mal-materiallarımız, avadanlıqlarımız, istər dağlıq rayonlarda, istərsə də aran yerlərində hazır vəziyyətidir. Yay fəsli ərzində 100 mindən artiq dayaqlar dəyişdirilib, yeni yarimstansiyalar inşa edilib, qəzalı vəziyyətdə olan yerlər təftiş edilərək yenidən bərpa olunub. “Azərişıq” ASC-nin qış mövsümünə ümumi hazırlığığımız yüksək səviyyədə olduğundanhavaların kəskinləşməsinə baxmayaraq elektrik enerjisinin verilməsində heç bir problem yaşanmayacaq”-press-relizdə bildirilir.

Şirkət bildirir ki, əgər hansısa problem yaranarsa abonentlər “Azərişıq” ASC-nin 199 çağrı mərkəzinə zəng vursunlar. Onların müraciəti dərhal qeydiyyata alınacaq və problem operativ şəkildə aradan qaldırılacaq.

“Azərişıq” ASC-nin mətbuat xidməti

İnterpress.az