Bakıda azyaşlı uşağın başına televizor düşübbackend

Bakıda azyaşlı uşağın başına televizor düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hadisə Xəzər rayonu, Zirə qəsəbəsində qeydə alınıb.

Belə ki, Südçülük Sovxozu ərazisində yerləşən fərdi yaşayış evində 2012-ci il təvəllüdlü Qasımova Yağmur İzrail qızı oyun oynayarkən ehtiyatsızlıqdan otaqda olan televizor onun başına düşüb.

Nəticədə, Y.Qasımova ağır kəllə-beyin travması alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağırdır.
Hadisənin dəqiq hansı motivdə baş verdiyi Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

İnterpress.az