Azərbaycan neft hasilatının həcmini sutkada 35 min barel azaldacaqbackend

Azərbaycan neft hasilatının həcmini sutkada 35 min barel azaldacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Nigeriya Neft Nazirliyinin \”Tvitter\” səhifəsində dərc edilmiş məlumatda bildirilir.

12 ölkənin yer aldığı siyahıda Rusiya neft hasilatının həcmini sutkada 300 min barel, Meksika – 100 min, Qazaxıstan 50 min, Oman – 45 min, Azərbaycan və Malayziya – hər biri 35 min, Bəhreyn və Ekvatorial Qvineya – hər biri 12 min, Cənubi Sudan – 8 min, Bruney – 7 min, Sudan və Boliviya isə hər biri 4 min barel azaltmağı qərara alıblar.

“Reuters”-in məlumatına görə isə, OPEK-ə qeyri-üzv ölkələr neft hasilatının ümumi həcmini sutkada 562 min barel azaltmağı qərara alıblar.

Qeyd edək ki, OPEK-ə üzv olan ölkələr noyabrın 30-da neft hasilatının həcmini sutkada 1,2 mln. barel azaldılmasına dair qərar qəbul edib. ( apa )

İnterpress.az