Azərbaycan XİN-i Türkiyədə törədilən terroru pisləyirbackend

Azərbaycan XİN-i Türkiyədə törədilən terroru pisləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, İstanbulda törədilən və çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan qanlı terror aktını qəti şəkildə pisləyirik.

\”Bu xain terror aktı nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, kədərini bölüşür və yaralananların tezliklə şəfa tapmasını diləyirik. Qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha vurğulayırıq.

Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini dəstəkləyir\”, – deyə XİN-dən bildirilib.

Qeyd edək ki,ötən gecə Beşiktaş Vodafone Arenanın yaxınlığında, Beşiktaş-Bursaspor oyununun sonuna yaxın baş verən partlayış nəticəsində 29 nəfər həlak olub, 166 nəfər yaralanıb. Partlayış Maçka parkında polislərin olduğu ərazidə terrorçunun özünü partlatması nəticəsində baş verib.

İnterpress.az