Türkiyədə Təhlükəsizlik Şurasının iclası yekunlaşıb – Yenilənibbackend

Türkiyədə Təhlükəsizlik Şurasının iclası yekunlaşıb – Yenilənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Türkiyə mediasına istinadən xəbər verir ki, müşavirə Beşiktaş rayonunun Mabeyn sarayında bağlı qapılar arxasında keçirilib və iki saata yaxın davam edib.

İclasda baş nazir Binəli Yıldırım, onun müavinləri Numan Kurtulmuş və Toğrul Türkeş, xarici işlər naziri Mövlud Çavuşoğlu, daxili işlər naziri Süleyman Soylu və digər yüksək vəzifəli şəxslər iştirak ediblər.

18:43

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda törədilən terror aktı ilə əlaqədar bu gün Təhlükəsizlik Şurasının iclasını çağırıb.

İnterpress.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, iclasda nazirlər və yüksək vəzifəli dövlət məmurları iştirak edəcək.

Qeyd edək ki, dekabrın 10-da Bakı vaxtı ilə saat 23:29 radələrində İstanbulun mərkəzindəki “Vodafon Arena” futbol stadionu yaxınlığında törədilən iki partlayış nəticəsində 30-u polis əməkdaşı olmaqla, 38 nəfər ölüb, yaralananların sayı isə 155 nəfərə çatıb.

İnterpress.az