“Fransanın Qarabağ nizamlanmasında fəal iştirak edəcəyinə ümidvaram”backend

“Fransanın Qarabağ nizamlanmasında fəal iştirak edəcəyinə ümidvaram”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Apa-nın məlumatına görə, ATƏT-in Minsk qrupunun yeni həmsədri Stefan Viskonti 15 il bundan əvvəl Azərbaycana səfər etdiyini vurğulayaraq ötən dövr ərzində ölkəmizdə gedən sürətli inkişaf proseslərinin və əldə olunan nailiyyətlərin onda böyük təəssürat yaratdığını məmnunluqla qeyd edib.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında Fransanın Minsk qrupunun həmsədri kimi bundan sonra da fəal iştirak edəcəyinə ümidvar olduğunu bildirib. Münaqişənin artıq uzun illərdir ki, davam etdiyini vurğulayan dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə öz həllini tapmasında ölkəmizin maraqlı olduğunu bir daha vurğulayıb.

İnterpress.az