Dmitri Roqozin Azərbaycana gəlirbackend

Dmitri Roqozin Azərbaycana gəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

D. Roqozin iki ölkə hökumətlərarası komissiyasının dekabrın 16-da Bakıda keçiriləcək iclasında iştirak edəcək və prezident İlham Əliyevlə görüşəcək.

Rusiya müdafiə sənayesi müəssisələrindən birinin top-meneceri bildirib ki, Bakda ikitərəfli əməkdaşlıq məsələləri ilə yanaşı, silah ixracı məsələsi də müzakirə olunacaq. Bu məqsədlə Hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətin direktoru Andrey Boytsov da nümayəndə heyətinə daxil edilib. “Kommersant”ın mənbələri deyib ki, Rusiya nümayəndə heyətinin əsas vəzifələrindən biri Ermənistana “İsgəndər” operativ-taktiki raket kompleksinin verilməsi ilə bağlı Rusiyanın mövqeyini izah etməkdir: “Azərbaycanlı tərəfdaşlar Dağlıq Qarabağ problemi kontekstində hadisələrin bu cür inkişafına çox neqativ reaksiya veriblər”.

Xatırladaq ki, bu ilin payızında Rusiya Ermənistana “İsgəndər” OTRK-nın bir divizionunu göndərib. Bu fakt rəsmi şəkildə elan olunmasa da, sentyabrda Ermənistanın müstəqilliyinin 25 illiyi ilə əlaqədar İrəvanda keçirilən paradda bu silah sistemi nümayiş etdirilib. ( apa )

İnterpress.az