“Uçot dərəcəsinin üç dəfə artırılması iqtisadiyyatın çökməsi deməkdir”backend

“Uçot dərəcəsinin üç dəfə artırılması iqtisadiyyatın çökməsi deməkdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü, deputat Vahid Əhmədov AzNews.az-a açıqlamasında bu qərarın gözlənilən olduğunu deyib:

“FES-i uzun müddət 0,25-0,50 % səviyyəsində saxlamışdılar. İndi vəziyyət elə gətirdi ki, birdən-birə 0,75%-ə qaldırdılar. Bu əlbəttə ciddi bir mesajdır. Dünya iqtisadiyyatına, o cümlədən, neft ixrac edən ölkələr üçün dolların məzənnəsinin artması və eyni zamanda milli valyutaya təsiri üçün atılan bir addımdır. Bunun Azərbaycana təsiri olacaq, dollar müəyyən müddət ərzində bahalaşacaq. Neftin qiymətində ucuzlaşmalar olacaq. Azərbaycanda onsuz da Mərkəzi Bank tərəfindən milli valyuta ilə bağlı yumşaq devalvasiya gedir. FES-in qərarından sonra ola bilər ki, bu müəyyən qədər sürətlənsin. Manat öz yerini tutana kimi idxal-ixrac əməliyyatlar, o cümlədən tələb və təkliflər bərabərləşənə və neftin qiyməti stabilləşənə kimi Azərbaycanda müəyyən problemlər olacaq və bu manata da öz psixoloji təsirini göstərəcək.”

Vahid Əhmədov atılan addımın ABŞ üçün vacib olduğunu düşünür:

“Dövlət öz siyasətini aparır.”

Deputat Federal Ehtiyatlar Sistemi eyni zamanda 2017-ci ildə uçot dərəcəsinin üç dəfə artıracağını da şərh edib:

“Mən buna inanmıram. Artıra bilər, amma 3-dəfə yox. Çünki 3 dəfə artım dünya iqtisadiyyatının çökməsidir. Proseslər gedəcək. ABŞ prezidenti yanvarın 20-dən sonra kürsüsünə oturacaq və onun hansı siyasəti aparacağı məlum deyil. Amma ABŞ-ın öz siyasəti var. Dollar bütün dünyada dövriyyədədir. Çox ölkələr çalışır ki, ikitərəfli əlaqələrdə dollardan imtina etsin. Amma bu Azərbaycan üçün asan məsələ deyil. Çünki buna 10 illərlə vaxt lazımdır.”

İnterpress.az