Məmmədyarov GUAM ölkələrinə çağırış etdibackend

Məmmədyarov GUAM ölkələrinə çağırış etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu GUAM Parlament Assambleyasının Bakıda keçirilən 9-cu sessiyasında çıxışı zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, BMT Baş Assambleyasının münaqişələrlə bağlı xüsusi bəndi mövcuddur: “Ona görə də biz hər zaman BMT-də üzləşdiyimiz münaqişələrlə bağlı həmin bəndə istinad edib məsələ qaldırırıq. GUAM-a üzv olan ölkələrin hər birində ərazi bütövlüyünü təhdid edən münaqişələr mövcuddur. Biz sərhədlərin və ərazi bütövlüyünün pozulması, qaçqın problemləri ilə üzləşirik. Bununla bağlı birgə bəyanat vermişik. Bu gün ev sahibliyi etdiyimiz sessiyada da məcburi köçkünlərlə bağlı xüsusi bəyanat verəcəyik. Hesab edirəm ki, bu kimi məsələlərlə bağlı GUAM-a üzv dövlətlərin birgə addımları çox önəmlidir”.

Nazir vurğulayıb ki, GUAM-a üzv olan dövlətlərin ərazi bütövlüyünün pozulması ilə bağlı Azərbaycanın müvafiq bəyanatları mövcuddur: “Biz beynəlxalq hüququn tələblərinə uyğun olaraq ərazi bütövlüyü çərçivəsində ölkələrin sərhədlərini tanıyırıq. Bu istiqamətdə səylərimizi davam etdirəcəyik. Azərbaycan mövqeyini həm Gürcüstan, həm də Ukrayna ilə bağlı bəyan edib. Azərbaycandan Ukrayna və Gürcüstanın işğal olunan ərazilərinə edilən heç bir səfəri tanımırıq. Hesab edirəm ki, bu prinsipi qarşılıqlı olaraq GUAM-ın üzvü olan 4 dövlət hər zaman əməl etməlidir. Biz bu məsələləri beynəlxalq tədbirlərdə də qaldıracağıq. Bu, real siyasətdir”.

İnterpress.az