ATƏT PA-nın qış sessiyasında Qarabağ münaqişəsi müzakirə olunacaqbackend

ATƏT PA-nın qış sessiyasında Qarabağ münaqişəsi müzakirə olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Trend-ə Mlli Məclisin vitse-spikeri, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.

B.Muradova bildirib ki, qış sessiyasında iştirak etmək məqsədi ilə Azərbaycan nümayəndə heyəti gələn il fevral ayının 2-ci ongünlüyündə Avstriyanın Vyana şəhərinə səfər edəcək:

“Gündəliyə daxil edilib-edilməməsindən asılı olmayaraq, Dağlıq Qarabağ problemi birmənalı şəkildə müzakirə predmeti olur. Sessiyada ilk növbədə Azərbaycan nümayəndələri, eyni zamanda digər parlamentarilər bu məsələni qaldırırlar və münaqişənin ədalətli yolla həll edilməsinin vacibliyini iştirakçılara çatdırırlar. Bu baxımdan Dağlıq Qarabağ münaqişəsi yenə də gündəlikdə olacaq”.

İnterpress.az