Azay Quliyev Malena Marda təşəkkür edibbackend

Azay Quliyev Malena Marda təşəkkür edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Açıqlamada Platformanın yaranma səbəbləri, münaqişənin həllinə yönəlik addımları, tərkibdə təmsil olunan hər iki ölkənin QHT-çiləri haqda aydın məlumat verilib. Açıqlamada Ermənistan VC İnstitutlarının, QHT təmsilçilərinin, ictimai aktivlərinin Platformaya ciddi maraq göstərməsinə toxunulub.

Azay Quliyev əlavə edib ki, platforma münaqişənin həlli yollarını və Ermənistan-Azərbaycan vətəndaş cəmiyyəti institutlarının əməkdaşlıq çərçivəsini müəyyən edib: \”Erməni və Azərbaycan hüquq müdafiəçiləri və QHT rəhbərləri işğalın davam etməsinin perspektivsizliyini və bölgə üçün ciddi təhlükə mənbəyi olduğunu dərk edərək münaqişənin sülh yolu ilə həlli üçün Ermənistan və Azərbaycan prezidentlərinə müraciət ediblər. Müraciətdə uzun müddətli sülhün və barışın təminatı kimi Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz azad edilməsi, bütün məcburi köçkünlərin öz evlərinə qaytarılması, Ermənistan və Azərbaycan arasında əlaqələrin bərpası, Dağlıq Qarabağın hüquqi statusunun Azərbaycanın tərkibində müəyyənləşdirilməsi və orada yaşayan ermənilərin və geri dönəcək azərbaycanlıların təhlükəsizliyinin təmin edilməsinin mümkün olduğu qeyd edilir\”.

Azay Quliyev ölkə ictimaiyyətinə, beynəlxalq təşkilatlara, nüfuzlu şəxslərə çağırış edib:
“Uzun müddət sülhdən, xalqlar arasında inam və etimad mühitindən danışan, cəmiyyətləri bir-birinə yaxınlaşdırmağın vacibliyindən bəhs edən Beynəlxalq Təşkilatların bu baxımdan nəyə qadir olduqlarını sübut etməyin əsl vaxtıdır”- deyən millət vəkili Avropa İttifaqının Bakıdakı ofisinin rəhbəri səfir Malena Marda nümayiş etdirdiyi ədalətli mövqeyə görə təşəkkürünü çatdırıb:

“İlk növbədə Avropa İttifaqının Bakidakı ofisinin rəhbəri səfir Malena Marda platformaya verdiyi dəstəyə və Lusine Nersisyanın Xankəndində qanunsuz həbsini pislədiyinə görə təşəkkür edirəm. Hesab edirəm ki, digər beynlxalq təşkilatlar, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədləri də bu prosesə münasibət bildirməlidirlər”- deyə Azay Quliyev bildirib.

Yekunda Azay Quliyev ATƏT-in Minsk qrupunun həmsərdlərinə xitabən Hamburqda ATƏT PA-nın büro iclasında etdiyi müraciəti xatırladıb, 25 illik münaqişənin tarixində ilk dəfə bir araya gələn Ermənistan və Azərbaycan xalqlarının nümayəndələrinin sülh çağırışına laqeyd qalmamağa, onların səsinə səs verməyə, Sülh platformasının fəaliyyətini dəstəkləməyə və bölgənin ən qanlı münaqişəsinin həlli üçün nəhayət malik olduğu mandatdan səmimi şəkildə istifadə etməyə çağırıb.

İnterpress.az