Bakıda fəhlə 7-ci mərtəbədən yıxılaraq ölübbackend

Bakıda fəhlə 7-ci mərtəbədən yıxılaraq ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər veriri ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dekabrın 16-da Bakı şəhər sakini Rafiq Allahverdiyev Səbail rayonu ərazisindəki fəhlə işlədiyi yeni inşa edilən ticarət mərkəzinin 7-ci mərtəbəsindən ehtiyatsızlıqdan yıxılaraq ölüb.

Bundan başqa, dekabrın 16-da Nərimanov rayonu ərazisində yaşayan Orxan Həsənov evinin eyvanında (20 mərtəbəli binanın 16-cı mərtəbəsində) siqaret çəkərkən ehtiyatsızlığı nəticəsində oradan yıxılaraq ölüb.

Hər iki fakt üzrə araşdırma aparılır.

İnterpress.az