Oğurlanan uşaq danışdı: “Məni soyuqda diləndirdilər” – YENİLƏNİBbackend

Oğurlanan uşaq danışdı: “Məni soyuqda diləndirdilər” – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Əhmədli qəsəbəsində yerləşən 95 nömrəli orta məktəbin 3-cü sinif şagirdi Abbasov Amin Əbil oğlu tapılıb.

3-cü sinif şagirdi olan Amin AzNews.az-a onu dilənçilərin oğurladığını deyib: “Məni soyuqda diləndirdilər”.

Aminin anası bildirib ki, uşaq oynayarkən yanında 4 uşaq olan qaraçı qadın onu çağırıb və dünən bütün günü soyuqda diləndirib: “Uşaq o qədər soyuqda qalıb ki, eşitmə qabiliyyəti zəifləyib. Qaraçı qadın uşağın internetdə şəklini və axtarışda olduğunu görən kimi gətirib qapımızın ağzına qoyub. Hal-hazırda hüquq-mühafizə orqanları qadının kimliyini araşdırır”.

***

Bakının Əhmədli qəsəbəsində itkin düşən 10 yaşlı Abbasov Amil tapılıb. Bu barədə Amilin ailəsindən bildirilib. Deyilənə görə, uşağın özü az öncə evə gəlib. \”Qapı döyüldü, açdıq gördük uşağın özüdür\”, – deyə Amilin anası Arzu Abbasova bildirib. Uşağın harada olması ilə bağlı hələlik məlumat verilmir. ( lent.az )

İnterpress.az