Bakıda oğul anasını başından güllələyib – YENİLƏNİBbackend

Bakıda oğul anasını başından güllələyib – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

16 yaşlı Maarif Əliyev anası 37 yaşlı Mədinə Qurbanovanı namus üstündə öldürüb.

Belə ki, M.Qurbanovanın əri bir müddət əvvəl arvadından küsərək evdən gedib. Qadın isə başqa kişilərlə görüşüb. Bu barədə M.Əliyevə qonşular məlumat verib. Bundan sonra o, anasını güdməyə başlayıb. Küçədə anasının avtomobildən düşdüyünü görən gənc evdə onunla mübahisə edib. Mübahisə bitdikdən yarım saat sonra M.Əliyev anasına divanda əyləşdiyi yerdə atəş açıb. Atəş səsinə qonşular gəlib.

Qeyd edək ki, M.Qurbanovanın 4 övladı var. M.Əliyev ortancıl oğludur. ( report.az )

***

İnterpress.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

Belə ki, Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşayan 1979-cu il təvəllüdlü Qurbanova Mədinə Nurəddin qızı 16 yaşlı oğlu tərəfindən ov tüfəngi ilə açılan atəşlə qətlə yetirilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanılıb, təhqiqat aparılır.
Qeyd edək ki, hadisəni törətmiş oğlan polisə təslim olub. (report)

İnterpress.az