17 yaşlı oğlan özünü beşinci mərtəbədən atdı – YENİLƏNİBbackend

17 yaşlı oğlan özünü beşinci mərtəbədən atdı – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə baş verən zaman R.Məmmədovun atası və anası yatıbmış.

O, hadisə baş verən zaman sərxoş olub. Belə ki, R.Məmmədov getdiyi toy mərasimindən sərxoş qayıdıb. O, bacısına “Mən sizin hamınızı çox istəyirəm, məni bağışlayın” deyərək özünü yaşadığı mənzilin pəncərəsindən yerə atıb. Yaralı 1 saylı Şəhər Klinik Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, R.Məmmədov mənzildə ata, ana və bacısı ilə birgə yaşayıb.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. ( report.az )

***

Nəsimi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə Cavadxan küçəsi 22, mənzil 28 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan, 1999-cu il təvəllüdlü Rəvan Rövşən oğlu Məmmədov özünü binanın 5-ci mərtəbəsindən ataraq intihar edib.

İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb.

İnterpress.az