“Şeyx cəsarətli olub, etiraz etməlidir”backend

“Şeyx cəsarətli olub, etiraz etməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, E. Şahinoğlu Həsən Ruhannini İrəvanda ermənistanlı həmkarı Serj Sarkisyanla bir neçə əməkdaşlıq sənədi imzalayacağını bildirib. Bildirib ki, iki ölkənin iş adamlarının iştirakı ilə biznes forum keçiriləcək: \”İsrailin baş naziri Benyamin Netanyahu bir neçə gün öncə Bakıya gələndə İran rəsmiləri və din xadimləri haray-həşir saldılar, nə bilim \”müsəlman torpaqlarını işğal edən, müsəlmanları qətlə yetirən şəxs Azərbaycana getməməlidir” kimi şüarlar irəli sürdülər. İranın dini liderinin Ərdəbildəki nümayəndəsi isə daha irəli gedərək, Azərbaycan Respublikasının əhalisini Netahyahunun səfərinə etiraz etməyə çağırdı. Bəs bizimkilər niyə surur?”

Elxan Şahinoğlu qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsinin ya rəhbəri, ya da müavinlərindən biri Həsən Ruhaninin İrəvana səfərinə elə iranlı din xadimlərinin eyni şüarı ilə etiraz etməlidir: \”İran prezidenti müsəlman torpaqlarını işğal edən, müsəlmanları qətlə yetirən və məscidləri dağıdan ölkəyə səfər etməməlidir. Hesab edirəm ki, yerli axundlarımız cəsarətli olmalı və bu həftəki Cümə namazında İran prezidentinin işğalçı Ermənistana səfərini tənqid etməlidir”.

İnterpress.az