Əli Kərimli Fuad Qəhrəmanlıdan imtina edir?backend

Əli Kərimli Fuad Qəhrəmanlıdan imtina edir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu iddia ilə basta.info saytı çıxış edib. Bildirirlir ki, Müsavat-AXCP münasibətləri çox gərgin olsa da, Müsavatın Divan üzvü Nemət Kərimli AXCP sədrinin müavini Fuad Qəhrəmanlının hüquqlarını müdafiə edir.

Amma buna baxmayaraq, Azadlıq.info saytı vəkil Nemət Kərimliyə senzura tətbiq edir, onun hətta Fuad Qəhrəmanlını məhkəməsindəki çıxışları da bu saytda yayımlanmır. Təqdim olunan fotolarda da görünür ki, \”Nardaran işi” üzrə dekabrın 16-da dərc edilən reportajların bir hissəsi əks olunub. \”Azadlıq.org” (Azadlıq Radiosu) saytında dərc edilən yazı \”Azadlıq.info” saytında olduğu kimi dərc edilsə də, burada Nemət Kərimlinin adı çıxarılaraq, \”başqa bir müdafiəçi” kimi təqdim olunub.

Əli Kərimli Fuad Qəhrəmanlıdan imtina edir?

Məsələyə münasibət bildirən vəkil Nemət Kərimli bunun yenilik olmadığını, amma belə bir məsələyə əhəmiyyət vermədiyini bildirib: \”Sağolsunlar ki, məni təyinatlı vəkil, yaxud başqa adla təqdim etməyiblər, sadəcə \”başqa bir müdafiəçi” yazıblar. \”Azərbaycan saatı” verilişində də belə hallar olub. Məhkəmədəki çıxışım haqqında ətraflı məlumat verilsə də, məni \”başqa bir müdafiəçi” kimi təqdim ediblər. Buna görə bir cəbhəçi dostum Qənimət Zahidə irad da bildirib və cavab alıb ki, sadəcə adımı unudubmuş. Bir dəfə hətta Fuad Qəhrəmanlının günahsız olması barədə vəsatətimi dərc etmədilər. Halbuki, bu vəsatətin \”Azadlıq”ın saytında yerləşdirilməsini Fuad Qəhrəmanlı tövsiyə etmişdi və Zümrüd Yağmur vasitəsilə redaksiyaya təqdim olunmuşdu. Amma mən bunu problem saymıram. \”Azadlıq” qəzetində də dostlarım var. Bir dəfə onlardan biri zarafatla mənə demişdi ki, müsavatçı olsan da, soyadın Kərimli olduğu üçün sənə hörmətimiz var”.

Məsələ ilə bağlı AXCP funksioneri Gözəl Bayarmlı BakiPost.az-a yalnız bunları deyib: \”Bizim Nemət Kərimliylə heç bir problemimiz yoxdu. Mən Nemət müəllimin açıqlamalarını həmişə \”Azadlıq”dan oxuyuram”.
İnterpress.az