Azərbaycanlı iş adamlarının obyektlərinə hücum edilibbackend

Azərbaycanlı iş adamlarının obyektlərinə hücum edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, iş adamı Vüqar Kərimoğlunun verdiyi məlumata görə, hadisə Xarkovun Qələbə prospektində qeydə alınıb.
Ukrayna Milli Qvardiyasının xüsusi təyinatlı “Azov” batalyonunun hərbçiləri dekabrın 15-də axşam beş azərbaycanlı iş adamına məxsus yolka satışı məntəqəsini dağıdıb, əmlaklarını əlindən alıb.
Hərbçilər azərbaycanlıları təhqir edərək, onlara yolkalarını gedib Azərbaycanda satmalarını tövsiyə ediblər.
V. Kərimoğlu həmçinin qeyd edib ki, orada digər millətlərin nümayəndələrinə məxsus satış məntəqələri olmasına baxmayaraq, hərbçilər ancaq azərbaycanlılara hücum ediblər. Onlar azərbaycanlı iş adamlarını təhdid edərək, bir də Xarkovda ticarətlə məşğul olacaqları təqdirdə öldürəcəkləri ilə hədələyiblər.
V. Kərimoğlu Xarkovda qanunla müəyyən edilmiş yerlərdə, icazə əsasında bizneslə məşğul olduqlarını vurğulayıb. (apa)

İnterpress.az