“İran səfirliyinə xəbərdarlıq edilməlidir ki…”backend

“İran səfirliyinə xəbərdarlıq edilməlidir ki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Sherg.az-a qondarma Dağlıq Qarabağ Respublikası ilə İran şirkəti arasında Şuşadakı Yuxarı Gövhərağa məscidinin təmiri ilə bağlı imzalanan müqaviləyə münasibət bildirərkən \”Azəri-Türk\” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib.

Xanım sədrin sözlərinə görə, İran və Ermənistan Azərbaycanın işğal edilmiş torpaqlarında onun icazəsi olmadan belə bir addım ata bilməz:

\”Bu məsələ barədə dövlət səviyyəsində lazımı tədbir görülməlidir. İranın Azərbaycandakı səfirliyi çağırılmalı və xəbərdarlıq edilməlidir ki, bu hal baş tutmasın. İranla Azərbaycanın münasibətləri mövcuddur, ona görə də, bunun diplomatik yolla həll edilməsi daha əlverişlidir. Aydındır ki, İran Qarabağın işğalından indiyə kimi Ermənistanla sıx əlaqələr qurub, əməkdaşlıq edir. Bunun qarşısını almaq üçün dövlət Xarici İşlər Nazirliyinin xətti ilə mövqeyini ortaya qoymalıdır”.

Qeyd edək ki, qondarma Dağlıq Qarabağ Respublikası ilə İran şirkəti arasında Şuşadakı Yuxarı Gövhərağa məscidinin təmiri ilə bağlı müqavilə imzalanıb.

İnterpress.az