Politoloqdan rusiyalı səfirin öldürülməsinə şərhbackend

Politoloqdan rusiyalı səfirin öldürülməsinə şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az politoloqun şərhini olduğu kimi təqdim edir:

Rusiya səfiri Andrey Karlovun Ankarada öldürülməsi Moskvanın Suriyada Bəşər Əsədə verdiyi dəstək və Hələb şəhərinin Əsəd ordusunun nəzarəti altına keçməsi ilə bağlıdır. Əlbəttə, Rusiya tərəfinin ilk reaksiyası bu olacaq ki, Türkiyə tərəfi sərgiyə qatılan səfirin təhlükəsizliyini təmin etməli idi. Səfirə kimin atəş açdığı da vacibdir.

Əgər Rusiya səfirini DAİŞ deyil, Suriya silahlı müxalifətinin təmsilçisinin vurduğu təsdiq olunarsa. Moskvanın Ankaradan tələbi Suriyanın silahlı müxalifətinə dəstəkdən əl çəkməsi olacaq. Moskvanın Ankaraya ünvanlayacağı əsas mesaj bu olacaq: “Bu da Sizin dəstək verdiyiniz hərbi müxalifət. Onların DAİŞ-dən heç bir fərqi yoxdur”. Türkiyənin problemi az idi, biri də əlavə olundu.

Buna baxmayaraq, bu olayın təyyarə olayında olduğu kimi Rusiya-Türkiyə mənfi təsir edəcəyini düşünmürəm, tam əksinə Ankara əlindən gələn hər şeyi edəcək ki, Suriya məsələsində Moskva ilə ortaq məxrəcə gəlsin. Çünki, Ankara səfirin vurulmasına görə üzərində mənəvi məsuliyyət hiss edəcək. Başqa sözlə Rusiya səfirini itirsə də, olay sanki Kremlin işinə yarayacaq, Türkiyəni daha çox özünə tərəf çəkməyə müvəffəq olacaq.

İnterpress.az