Bakıdakı Rusiya səfirliyinin təhükəsizliyi gücləndirildibackend

Bakıdakı Rusiya səfirliyinin təhükəsizliyi gücləndirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə Rusiya səfirinin sui-qəsd nəticəsində öldürülməsindən dərhal sonra Kreml post-sovet məkanı və eləcə də bəzi ərəb dövlətlərində rus səfirliklərində təhlükəsizliyi artırmağa qərar verib.

İnterpress.az xəbər verir ki, bu barədə Moderator.az-ı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, oxşar teraktların digər dövlərdə də baş verəcəyindən ehtiyyat edən rəsmi Moskva, ilk növbədə post-sovet ölkələri və bəzi ərəb dövlətlərindəki Rusiya səfirliklərinin müdafiəsini gücləndirməyə qərar verib.

Mənbənin sözlərinə görə, hadisədən qısa müddət sonra Rusiyanın müraciəti ilə qeyd edilən dövlətlərdəki Rusiya səfirliklərinə əlavə polis qüvvələri cəlb edilib, təhlükəsizliklə bağlı qaydalar sərtləşdirilib.

Rusiya səfirliklərinə Kremldən gəlcək növbəti təlimat əsasında hərəkət etmək tapşırılıb.

İnterpress.az