Səfirin güllələnməsi münasibətləri gərginləşdirəcək?backend

Səfirin güllələnməsi münasibətləri gərginləşdirəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Millət vəkili Fazil Mustafa bildirib.

Bəsit bir terrorçu işi deyil, arxasında çox ciddi güclərin durması şübhəsizdir. Yaxşı ki, Rusiya məqamlarından gələn açıqlamalar soyuqqanlı və işin mahiyyətini anlayacaq üslubdadır və hədəfin Türkiyə-Rusiya münasibətlərinin pozulması olduğunu bəyan edirlər: “Hamımız Türkiyəmizin bu ağır durumunda dəstəyimizi əgirgəməməliyik. Türkiyəni ağır töhmət altına soxan bu Vətən xainlərinin tez bir zamanda üzə çıxarılması və gərginliyin azaldılması istiqamətində ağıllı addım atılması vacibdir. Allah Türkiyəmizi qorusun, bu sıxıntılı günləri də adlamasına yardımçı olsun!”

Hüquqşünas Əlövsət Allahverdiyev isə bildirir ki, Rusiya səfirinin Ankarada güllələnməsi \”Diplomatik əlaqələr haqqında\” 1961 -ci il Vyana Konvensiyasi ve \”Beynəlxalq səviyyədə müdafiə olunan şəxslər, o cümlədən diplomatik agentlər əleyhinə cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında\” 1973-cü il Konvensiyasınin deklerativ xarakter daşımaqdan başqa bir sənəd olmadığını təsdiq etdi: “Təəssüf ki, bu həqiqətdir. Rusiyanin hadisəyə soyuqqanlı yanaşması ve hadisənin araşdırılmasında Türkiyə ilə sıx əməkdaşlığı təqdirəlayiqdir. Bu da onu göstərir ki, Rusiya Turkiyə siyasi əməkdaşlığı böyük güclərdə narahatlıq doğurur ve tezliklə bu əməkdaşlığı pis sonluqla nəticələndirməyə çalışırlar”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə bildirir ki, Rusiyanın Ankaradakı səfirinin öldürülməsiylə bağlı müxtəlif versiyalar səslənir. Dünəndən həm Rusiyanın, həm də Türkiyənın siyasi ekspertlərinin və siyasətçilərinin rəylərini izləyirəm. Bu rəylərdə üst-üstə düşən başlıca məqam ondan ibarətdir ki, terroru planlaşdıranların məqsədi Türkiyə-Rusiya münasibətlərini yenidən gərginləşdirmək olub. Türkiyə-Rusiya münasibətlərinin yenidən gərginləşməsində maraqlı olan dövlət və güclər bəllidir. ABŞ, Fətullah Gülən, PKK, YPG, PYD, DAİŞ. Ancaq bəlkə bunların heç birinin terrorçu ilə əlaqəsi olmayıb: “ İnsan amilini unutmaq lazım deyil. Məsələn polisdə işləyən Mert Altıntaş hər gün ölkəsinin televiziya kanalllarının xəbərlərində Hələbdəki dəhşəti, uşaqların qətlini, Rusiyanın bombardmanlarını və Ankarada Rusiya səfirliyi qarşısında etirazı izləyirdi. Beyin dözməyib, polisdə çalışsa da Mert Altıntaşında psixoloji pozğunluq əmələ gəlib və o qərara gəlib ki, intiqam almaq lazımdır və onun üçün ən əlçatan iş Rusiya səfirini öldürməkdir. Əlbəttə, mən iddia etmirəm ki, Mert Altıntaş təkbaşına plan qurub və arxasında heç bir güc yoxdur. Ancaq mənim yazdığım versiya da istisna deyil. Buna baxmayaraq, “Rusiya səfirinin qətli kimlərin maraqlarına uyğun idi” sualı hələ uzun müddət səslənəcək”.

Gülşanə Mustafayeva
İnterpress.az