Qətlə yetirilən səfirlər – SİYAHIbackend

Qətlə yetirilən səfirlər – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bütün dünyanı şoka salan hadisə diplomatların təhlükəsizliyi ilə bağlı bəzi suallar ortaya qoyub.

İnterpress.az bundan əvvəl öldürülüən diplomatlar haqda məlumatları təqdim edir.

2003-cü il martın 28-də Fil Dişi Sahilində Səudiyyə Ərəbistanının bu ölkədəki səfiri Məhəmməd Əhməd Rəşid öldürülüb.

2003-cü il dekabrın 29-da Burundi paytaxtı Bujumburanın 40 kilometrliyində Vatikan səfiri, milliyətcə irlandiyalı Maykl Kortni silahlı hücumla qətlə yetirilib.

2005-ci il iyulun 2-də Misirin İraqdakı səfiri İhab əş-Şərif Bağdaddakı evindən qaçırılmışdı. Ölkədəki radikal qruplaşmalardan biri hadisəyə görə məsuliyyəti öz üzərinə götürərək, diplomatı edam etdiklərini açıqlamışdı.

2005-ci il 27 iyulda Əlcəzairin İraqdakı səfiri Əli Belayrusi və attaşe İzəddin Belkadi Bağdadda oğurlanaraq edam olunub.

2008-ci il sentyabrın 20-də Pakistanın paytaxtı İslamabadda “Mariott” mehmanxanası partladılıb. Hadisə zamanı 53 nəfər, o cümlədən Çexiyanın bu ölkədəki səfiri İvo Jdyarek həlak olub.

2012-ci il iyulun 27-də Venesuelanın Keniyadakı səfiri xanım Olqa Fonseka evində öldürülüb.

Rusiya və SSRİ diplomatlarına edilən hücumlara gəldikdə isə ilk belə hadisə 1923-cü ildə baş verib. Həmin vaxt İsveçrənin Lozanna şəhərində SSRİ-nin bu ölkədəki səfiri Votslav Vorovski öldürülüb.

1926-cı il fevralın 5-də Moskva-Riqa qatarında SSRİ-nin Litvadakı səfiri Teodor Netten qətlə yetirilib.

1927-ci il 7 iyun tarixində isə SSRİ-nin Polşadakı səfiri Pyotr Voykov öldürülüb.(modern)

İnterpress.az