Nazirlərin Moskva görüşü başladıbackend

Nazirlərin Moskva görüşü başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”HaberTürk”ə istinadən xəbər verir ki, görüşdən əvvəl Rusiya və Türkiyə XİN rəhbərləri Sergey Lavrov və Mövlud Çavuşoğlu dünən axşam Ankarada Rusiya səfirinin öldürülməsi ilə bağlı açıqlama verib.

Lavrov bildirib ki, Karlovun sui-qəsd nəticəsində öldürülməsinin detallarını araşdırırıq:

\”Artıq araşdırma üçün Rusiyadan Ankaraya xüsusi heyət də göndərilib. Terrorçulara imkan verməyəcəyik”.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Rusiya qədər Türk xalqı da bu hadisədən çox kədərlənib:

\”Həm Rusiya, həm Türkiyə bilir ki, bu terror hücumunun hədəfi iki ölkə arasındakı əlaqələrə zərər vermək və son zamanlarda əldə edilən bütün hədəfləri məhv etməkdir. Rusiya və Türkiyə bunun fərqindədir və buna icazə verməyəcəyimizi dəfələrlə vurğulamışıq. Bu xain terrorun arxasında kimlər varsa, ortaya çıxaracağıq. Bunu da birlikdə bacaracağıq”.

Qeyd edək ki, üçtərəfli görüşdə əsasən, Suriyada baş verənlər və problemin həlli üçün çıxış yolları müzakirə ediləcək.

İnterpress.az