Səfirin güllələnmə anının yeni VİDEOGÖRÜNTÜSÜbackend

Səfirin güllələnmə anının yeni VİDEOGÖRÜNTÜSÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xəbərinə görə, bu barədə NTV kanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

“Hüriyyət” qəzeti isə hadisə günü qatilin məzuniyyət götürərək, hücumu planlaşdırmaq üçün hoteldə nömrə tutduğunu yazır.

Onun qaldığı hotel hadisənin baş verdiyi Müasir İncəsənət Mərkəzinin yaxınlığında yerləşir.

Xatırladaq ki, ötən gün axşam Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən “Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Türkiyənin bu ölkədəki səfiri Andrey Karlov qətlə yetirilib.

Hadisəni törədən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğu məlum olub.

O, təhlükəsizlik əməkdaşları tərəfindən zərərsizləşdirilib.

A. Karlovun güllələnmə anının yeni videogörüntüsü də yayılıb. A. Karlovun arxasında dayanmış M. Altıntaş çıxışını yekunlaşdırmağa hazırlaşan səfirə tapançadan bir neçə dəfə atəş açır.

İnterpress.az