Çin liderindən İlham Əliyevə TƏBRİKbackend

Çin liderindən İlham Əliyevə TƏBRİK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, təbrikdə deyilir:

\”Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı bildirməyi özümə şərəf sayıram.

Son illərdə Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələr daim inkişaf edir. İki ölkə arasında qarşılıqlı siyasi etimad möhkəmlənir, iqtisadi, ticari, humanitar və digər sahələrdə əməkdaşlıq sabit olaraq inkişaf edir, ənənəvi dostluq günbəgün möhkəmlənir.

Dövlətlərimiz arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm. Çin Xalq Respublikası və Azərbaycan Respublikası arasında xalqlarımızın rifahı naminə səmimi əməkdaşlığın daha da dərinləşməsi üçün Sizinlə bərabər səy göstərmək istəyirəm.

Sizə möhkəm cansağlığı arzulayıram\”.

İnterpress.az