Ruhani Xocalı qatiliylə niyə görüşdü?backend

Ruhani Xocalı qatiliylə niyə görüşdü?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu İran prezidentinin Ermənistan səfərini şərh edərkən deyib.

O bildirib ki, imzalanan niyyət protokolları elə böyük çəkiyə malik deyil:

\”İran prezidenti Həsən Ruhani 21 dekabrda Ermənistana bir günlük səfəri zamanı erməni həmkarı ilə əlaqələrin inkişafı məqsədilə 5 memorandum imzaladı, hökumətlərarası 4 altkomissyanın yaradılmasına razılaşdı, ortaq bəyanat qəbul etdi, biznes forumda iştirak etdi. Tərəflər idman, fövqəladə hallar sahəsində, muzeylərarası əməkdaşlıq, turizmin inkişafı, sərhəd sularının birgə istifadəsi niyyətində olduqlarını bildiriblər. Belə ki, uzun müddətdir İran prezidentini İrəvanda gözləyən Ermənistan prezidenti Serj Sərkisyan iranlı həmkarı ilə hansısa böyük layihənin həyata keçirilməsi və bu layihəyə kredit ayrılması barədə sənədə imza ata bilməyib.

Ruhani Xocalı qatiliylə niyə görüşdü?

Serj Sərkisyan iranlı həmkarını inandırmaq istəyib ki, 180 milyonluq Avrasiya İqtisadi Birliyinin bazarının üzvü olan Ermənistan İran biznesi üçün münbit məkandır. Yəni gəlin Ermənistanda fabrik və zavodlar açın və istehsal etdiyiniz məhsulları Avrasiya İqtisadi Birliyi bazarında satın. Ancaq eynisini İran təklif edir: Gəlin, Araz çayı sahilində yaratdığımız azad iqtisadi zonada fabrik və zavod açın və burada istehsal olunan məhsulları hara istəsəz satın. Nə bu təklif erməni iş adamlarını, nə də Avrasiya İqtisadi Birliyi bazarı təklifi iranlı işadamlarını cəlb edir”.

Elxan Şahinoğlu qeyd edib ki, Serj Sərkisyan Həsən Ruhaniyə İran-Ermənistan-Gürcüstan-Rusiya enerji koridoru fəaliyyətə başlaması və Fars körfəzi – Qara dəniz beynəlxalq nəqliyyat dəhlizini işə salınması ilə bağlı iki təklif irəli sürüb: \”Aydındır ki, Sərkisyan bu iki təklifin reallaşması vasitəsilə Ermənistanın bölgədəki rolunun və gəlirlərinin artmasına ümidlidir. Sərkisyan İran qazının və mallarının Ermənistan üzərindən Avropaya çatdırılmasını, gələcəkdə isə bu xəttə digər dövlətlərin qoşulmasını istəyir. Sərkisyan bu xətləri ucuz, qısa və təhlükəsiz adlandırıb. Yəni demək istəyib ki, bu xətlər Azərbaycanın təklif etdiyi xətlərdən \”ucuz, qısa və təhlükəsizdir”. Fərq ondadır ki, Azərbaycanın vaxtilə irəli sürdüyü layihələr və xətlər reallaşma mərhələsindədir, bəzi işlər isə başa çatmaq üzrədir.

Politoloq vurğulayıb ki, İrəvan İranın Ermənistan üzərindən daha böyük imkanlara malik qaz boru xətti tikməsini, həmin boru xətti ilə həm İran, həm də Türkmənistan qazını üçüncü ölkələrə nəql etməyin mümkün olmasını istəyir: \”Serj Sərkisyan Həsən Ruhaninin Ermənistan İran üzərindən türkmən qazını alması təklifinə münasibət bildirməyib. Bunun obyektiv səbəbi var. Çünki, minimum maliyyəsi olan Ermənistan onsuz da Rusiyadan və İrandan qaz alır, bundan artıq həcm ona lazım deyil. Ermənistanın maliyyə imkanları məhduddur ki, İrandan aldığı qazın hesabını elektrik enerjisinin idxalı ilə əvəz edir. İrəvanın marağı ondadır ki, İran Ermənistan üzərindən daha böyük imkanlara malik qaz boru xətti tiksin ki, həmin boru xətti ilə həm İran, həm də Türkmənistan qazını üçüncü ölkələrə nəql etmək mümkün olsun. Buna isə İranın gücü çatmır”.

İnterpress.az