Avropada DAK-ın və Güney Azərbaycanı təmsil edən siyasi partiyaların toplantısı keçirilibbackend

Avropada DAK-ın və Güney Azərbaycanı təmsil edən siyasi partiyaların toplantısı keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropada işgüzar səfərinə davam edən S.Rüstəmxanlı dekabrın 17-də İsveçin Göteburq şəhərində 21 Azərə həsr olunan tədbirdə iştirak edib və güneyli milli fəalların həbsinə etiraz olaraq keçirilən aksiyaya qatılıb. DAK həmsədri İran adlanan yerdə soydaşlarımızın pozulan hüquqları, milli haqları uğrunda sivil yollarla mübarizə aparan fəalların üzləşdiyi çətinliklər haqqında da fikir bildirib. O, 40 gündən çox aclıq aksiyası keçirən Mürtaza Muradpurdan aclıq aksiyasını dayandırmasını da xahiş edib.

Həmin gün Göteburq şəhərində DAK-ın və Güney Azərbaycanı təmsil edən siyasi partiyaların toplantısı keçirilib. Tədbirdə Güney ilə bağlı birgə fəaliyyət göstərmələri haqqında razılıq əldə olunub.

İnterpress.az