Norveç səfirliyinin Azərbaycan vətəndaşına biabırçı cavabıbackend

Norveç səfirliyinin Azərbaycan vətəndaşına biabırçı cavabı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Əsmər Ramazanova adlı vətəndaş Finlandiyaya getmək üçün Norvec səfirliyinə viza üçün müraciət edib. Bir müddət sonra, Əsmərin elektron ünvanına səfirlikdən məktub daxil olub. Məktubda vizanın verilməməsinə dair cavab verilib və bu hal biyabırçı şəkildə əsaslandırılıb.

Məktubda, Azərbaycanın sosial, iqtisadi vəziyyətinin miqrasiya etməyə tam əlverişli olduğu və köçün qarçısının alınması məqsədi ilə vizanın verilməməsi səbəbi əks olunub

Bu haqda Ə. Ramazanovanın dostları facebook səhifələrində bildiriblər ki: Əsmar Birləşmiş Ştatlarda yaşayıb, Kanadada təhsil alıb və geri qayıdıb. Yeni ili Finlandiyada keçirək dedik və Royal Norwegian Embassy\’ə Əsmərin sənədlərini göndərdik. (mən vizadan bir müddətlik azadam deyə təkcə onun üçün apply etdik) 10 gün sonra poçtla möhtəşəm məktub aldıq. Demək adəti üzrə reject kazığında punktlar olur və biri yaxud bir neçəsi işarələnir. Bizdə isə o kazığda heçnə işarələnməmişdi, ərinməyib 3 səhifəlik yazıda bütün sənədlərdəki detallar qeyd edilib. Bu abzası xüsusi qeyd etmək istəyirəm. Ola bilər ümumi ölkənin vəziyyəti belədir amma harda qaldı individual yanaşma? Qalan idi qalardı elə Kanadanın özündə Finlandiyada niyə qalsın axı? Məncə ümumi ölkənin vətəndaşlarına təhqirdi ümumi axın var deyə indi biz gedib gəzə bilməməliyik bu məntiqlə. Ümumiyyətlə bir səfirlik/konsulluq niyə işlədiyi ölkənin vətəndaşlarını bu ölçü ilə dəyərləndirsin?

Norveç Səfirliyinin viza şöbəsindən isə İnterpress.az-a mövzu ilə bağlı şərh verməyəcəklərini bildiriblər:\”

\”Vizanın verilməməsi ilə bağlı vətəndaşa 4 səhifəlik cavab verilib. Orada müxtəlif səbəblər göstərilir. Bu paylaşılan səbəb də həmin səbəblərdən biridir. İndi sizin dediyiniz xanım cavab məktubunun yalnız Azərbaycanın sosial-iqtisadi baxımdan zəif ölkə hesab olunması səbəbini paylaşırsa, biz buna hər hansı şərh verməyəcəyik. Əgər vətəndaşın qərardan narazılığı varsa üç həftə ərzində Apellyasiya şikayəti edə bilər\”.

Norveç səfirliyinin Azərbaycan vətəndaşına biabırçı cavabı

Norveç səfirliyinin Azərbaycan vətəndaşına biabırçı cavabı

İnterpress.az