Ölümlə nəticələnən yanğın – Xaçmazdabackend

Ölümlə nəticələnən yanğın – Xaçmazda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Çılğır kəndində vətəndaşa məxsus ümumi sahəsi 132 m2 olan birmərtəbəli 2 otaq, aynabənddən ibarət evdə baş verib. Nəticədə evin və ümumi sahəsi 22 m2 yardımçı tikilinin yanar konstruksiyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı ev sahibi 1953-cü il təvəllüdlü Hüseynov Ağahüseyn Hidayət oğlunun meyiti aşkar olunaraq aidiyyatı qurumlara təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 03:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

İnterpress.az