Ödənişli təhsil ləğv olunur? – ŞƏRHbackend

Ödənişli təhsil ləğv olunur? – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fərmanı İnterpress.az-a şərh edən təhsil üzrə ekspert Kamran Əsədov bildirir ki, bu fərmana qədər ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planının müəyyənləşdirilməsi üzrə vəzifəni Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya, ilk peşə-ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planını Nazirlər Kabineti müəyyənləşdirir, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu, ali təhsil müəssisələrinin magistraturalarına bakalavrların və digər ali təhsilli şəxslərin qəbulu TQDK-a (DİM) aparırdısa, bu fərmandan sonra onlardan qeyd olunan səlahiyyətlər alındı.

Yeni qəbul edilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”da mülkiyyət formasından asılı olmayaraq ali, orta ixtisas və peşə-ixtisas təhsili müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi və qəbulun yalnız dövlət sifarişli ixtisaslar üzrə müəyyənləşdirilməsini nəzərdə tutan yeni qəbul və yerləşdirmə mexanizmlərinin hazırlanması nəzərdə tutulur: \”Diqqətinizə çatdırmaq istəyirəm ki, bu fərmanda ödənişli təhsilin deyil, universitetlərə ödənişli təhsil üzrə tələbə qəbuluna qoyulan limitin ləğv olunmasının planlaşdırıldığını qeyd etmək istəyirəm. Burada texniki səhv vardır. Ödənişli təhsil ləğv olunmur. Dövlət ödənişli təhsillə bağlı universitetlərə plan qoymuşdu, ləğv olunması planlaşdırılan budur. Bu isə o deməkdir ki, ödənişli təhsillə bağlı universitetlərə qoyulan limitlər ləğv olunacaq. Bu da universitetlərin xeyrinədir\”.

K. Əsədov əlavə edir ki, əvvəllər TQDK-a (DİM) universitetlərə ödənişli əsaslarla nə qədər tələbə qəbul edə biləcəyi haqqında hədd qoyurdu. İndi isə o plan aradan götürülür. Amma bu o demək deyil ki, hər universitet istədiyi sayda tələbə qəbul edəcək. Bu zaman universitetlərin imkanına, akkreditasiyadan keçərkən oradakı professor-müəllim heyətinin səviyyəsinin nə dərəcədə imkan verməsinə baxılacaq. Amma bütün hallarda universitetlərə ödənişli təhsil üzrə tələbə qəbulu limitinin qoyulmasının ləğvi müsbət haldır: \”Bu da müəyyən iqtisadi problemlərlə əlaqədardır və atılacaq həmin addım universitetlərə bəzi iqtisadi problemlərini bu yolla həll etməyə şərait yaradacaq. Qoyulan limitin aradan götürülməsi müəyyən qədər daha çox tələbə qəbuluna imkan verəcək. Qoyulan qadağa fonunda Azərbaycan ailəsinin büdcəsi bildiyiniz kimi Rusiya, Ukrayna, Gürcüstana axır. Limitin ləğvi həmin bu xoşa gəlməyən tendensiyanı da aradan qaldıracaq. Daha çox abituriyent Azərbaycan ali məktəblərinə qəbul olunacaq. Bu fonda da düşünürəm ki, ödənişli təhsilin ləğvilə bağlı mətbuatda gedən fikirlər yanlışlığın nəticəsidir. Əksinə, ödənişli təhsil getdikcə artacaq. Dövlət əvvəlki kimi ali məktəbləri maliyyələşdirmək imkanına malik olmadığından getdikcə daha çox həcmdə ödənişli təhsilə üstünlük verəcək. Çünki neftin qiymətləri aşağıdır və ölkənin gəlirləri azalıb. Ona görə də plana əsaslanan limitin aradan qaldırılması nəzərdə tutulur\”, – deyə əlavə edib.

Gülşanə Mustafayeva
İnterpress.az