Tərtərdə iki ay əvvəl qətl törədən şəxs tutulubbackend

Tərtərdə iki ay əvvəl qətl törədən şəxs tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Baş Cinayət Axtarışı İdarəsi və Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə), 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) və 221-ci (Xuliqanlıq) maddələri ilə axtarışda olan Səxavət Orucov tutulub.

Qeyd edək ki, məlum hadisə oktyabrın 11-də qeydə alınıb. Tərtər rayon sakini, 33 yaşlı Səxavət Musayevin üzərində çoxsaylı kəsilmiş-deşilmiş və sınıq xəsarətləri olan meyiti rayonun Şıxarx qəsəbəsi ərazisində tapılıb.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində S. Musayevi xüsusi amansızlıqla öldürən şəxslərin Ağdam rayon sakinləri Aqil Aslanov, Şaiq Həsənov və Səxavət Orucov olması müəyyən edilib.

İnterpress.az